ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində gecə klubunda baş vermiş yanğın nəticəsində azı 9 nəfər ölüb, 25 nəfər itkin düşmüş hesab edilir.

Unikal.org "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, yerli mətbuat yanğının fişənglərdən istifadə edilməsi səbəbindən baş verdiyini bildirir.

Hadisə baş verdiyi an gecə klubunda 50-dək insan olub.

Yanğınsöndürənlər binaya daxil olmağa səy göstərirlər. Yanan binada hələ də insanların qaldığı bildirilir.