Kolumbiyada 100 mln. dollar dəyərində kokain müsadirə edilib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, bu barədə Kolumbiya ordusunun 5-ci diviziyasının komandanı general Xorxe Umberto Xeres bildirib.
Onun sözlərinə görə, çəkisi iki tondan çox olan narkotik vasitə ABŞ, Kanada və Meksikaya göndərilməli imiş.
Qanunsuz yük paytaxt Boqotanın yaxınlığında yerləşən anbarda aşkarlanıb.
Əməliyyat zamanı hadisə yerində 5 meksikalı saxlanılıb. Müsadirə olunmuş yük Meksikanın "Los Setas" narkomafiyasına məxsus olub.