Fransa Liqa 1-in XVI turu çərçivəsində keçirilməli olan "Mets - "Lion oyunu yarımçıq dayandırılıb.

Unikal.org-un Apasport.az-a istinadən məlumatına görə, görüşün dayandırılmasına səbəb meydana yad əşyanın atılması olub.

Belə ki, matçın 30-cu dəqiqəsində zədələnmiş "Lionun qapıçısı Antoni Lopesə tibbi yardım göstərmək üçün meydana həkimlər daxil olub. Ancaq həkimlər qapıçıya ilkin tibbi yardımı göstərərkən yerli azarkeşlər həkimlərə və qapıçıya tərəf partlayıcı maddə atıblar.

Yad cisim qapıçı və həkimlərin düz yanına düşüb. Həm qapıçı, həm də həkim meydana atılmış yad cisimdən zərər görüb. Bundan dərhal sonra oyunun baş hakimi matçı yarımçıq dayandırıb.

Həkimlərdən birinin ayağından yaralandığı, qapıçının da ilkin müayinə üçün xəstəxanaya yollanacağı qeyd edilib.
Qeyd edək ki, oyun təxirə salınarkən meydan sahibləri 1:0 öndə idi.