ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatların ənənəvi olaraq Vaşinqtonda qurulmuş əsas Yeni il yolkasına baş çəkib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın dövlət başçısı yeni il işıqlarının yanması zamanı, "Santa Klaus"la birgə ənənəvi "Jingle Bells" mahnısını oxuyub.
Prezidentlə birlikdə milad mahnılarını onun ailəsi və dəvət edilmiş ulduzlar da ifa ediblər.
Videoni xeyli sayda istifadəçi izləyib və müsbət rəy yazıb. Amerika lideri şəbəkənin istifadəçilərini xoş səsi və ifası ilə təəccübləndirib.