Tropik leysan yağışlar Vyetnamın mərkəzi əyalətlərində subasmaya yol açıb.
Unikal.org-un "Reuters"ə istinadən verdiyi məlumata görə, dekabrın 1-dən indiyə qədər Bindin əyalətində 6 nəfər, Kuanqnqay əyalətində 4 nəfər təbii fəlakət qurbanı olub.
Kuanqnay əyalətində 4-13 yaşlı 3 uşaq itkin düşüb. Eyni zamanda 100-dən çox ev su altında qalıb.