Rusiyanın Tümen vilayətində avtomagistralda baş verən qəza nəticəsində 10 uşaq ölüb.

Unikal.org "RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Xantı-Mansiysk magistralında avtobus, iki minik maşını və bir yük maşını toqquşub.

Avtobusda 29-u uşaq olmaqla, 32 nəfər olub. Qəzanın səbəbkarı avtobus sürücüsü olub. Hadisə yerinə 10 təcili yardım briqadası göndərilib.