Türkiyənin İstanbul şəhərinin Sultanqazi rayonunda polisin "dur" əmrinə tabe olmayan iki şübhəli şəxs avtomobillə hadisə yerindən uzaqlaşmağa başlayıb.
Unikal.org-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, qovalama əsnasında yaranan qarşıdurma zamanı axtarışda olan şübhəlilərdən biri - avtomobilin sürücüsü başından vurulub. Ağır yaralanan həmin şəxs xəstəxanaya qaldırılsa da, orada dünyasını dəyişib.
Digər şübhəli isə həbs edilib.