Özbəkistanda bu gün keçirilən prezident seçkilərində prezidentliyə əsas iddiaçı hesab edilən baş nazir Şövkət Mirziyoyevin ailəsinin fotosu yayılıb.

Unikal.org xəbər verir ki, Ş.Mirziyoyevin ailəsi barəsində indiyə qədər ətraflı məlumatlar olmayıb.

Onun sadəcə evli olduğu bildirilib. İndi isə prezident kürsüsünə hazırlaşan Ş. Mirziyoyevin bütün ailə üzvləri - xanımı Həşimova Ziroatxon (Oyxon), qızları Şahnoza və Səidə ilə fotosu yayılıb. Fotodakı digər şəxslər barədə məlumat verilməsə də, onların baş nazirin kürəkənləri və nəvələri olduğu deyilir.