İspaniyanın Malaqa şəhərinin mərkəzi, həmçinin eyniadlı əyalətin digər yaşayış məntəqələri güclü yağışlar səbəbindən su altında qalıb.
Unikal.org RiaNovosti-yə istinadən xəbər verir ki, şəhərin mərkəzi küçələri su altında qalıb, sürücülərə küçələrə çıxmamaq xəbərdarlığı edilib. Gün ərzində 200-ə yaxın qəza hadisəsi baş verib.
Ekstremal hava şəraiti səbəbindən öncədən planlaşdırılmış marafon qaçışı da təxirə salınıb.Şəhər metrosunun iki xəttində qatarların hərəkəti dayandırılıb. Yağış suları hətta, aeroportun 2 divarının uçmasına səbəb olub.