Bakıda intihara cəhd olub.
Unikal.org xəbər verir ki, Səbail rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün səhər 06.00 radələrində paytaxtın Niyazi küçəsində, Filarmoniya bağında qeydə alınıb. 40-45 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb. Hadisə yerində olan şəxslərin köməkliyi ilə həmin şəxs xilas edilib və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Bu gün səhər saatlarında Bakının mərkəzində, Filarmoniya bağında üstünə benzin tökərək özünü öldürən şəxs vəfat edib. Lent.az-ın məlumatına görə, 40-45 yaşlı həmin şəxsin xəsarətləri ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. İntihar edən şəxsin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Araşdırmalar davam etdirilir.