![](http://www.unikal.org/uploads/posts/2016-03/1457507232_1438585092_qeza-07-2.jpg)
Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Unikal.org APA-ya istinadən məlumatına görə, hadisə ötən gecə Bakı-Şamaxı yolunda qeydə alınıb. Mayis Şıxəliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil Mehman Musayevin idarə etdiyi "VAZ 2106" markalı maşınla toqquşub. Nəticədə "VAZ 2106"nın sürücüsü və sərnişini, 1975-ci il təvəllüdlü Elnur İbrahimov hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.