Özbəkistanda keçirilən prezident seçkisində Şövkət Mirzəyev qalib gəlib.
Unikal.org xarici KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Mərkəzi Seçki Komissiyasının sədri bildirib.
Məlumata görə, Ş.Mirzəyev 88,61 faiz səs toplayıb.
Qeyd edək ki, Ş.Mirzəyevin namizədliyi Özbəkistan Liberal-Demokrat Partiyası, parlamentin Aşağı Palatasının vitse-spikeri Sarvar Otamuradovun namizədliyi Milli Dirçəliş Partiyası tərəfindən irəli sürülüb. Ədalət Sosial-Demokrat Partiyasının lideri Nəriman Umarov və Xalq-Demokrat Partiyasının sədri Xatomjon Ketmenov da prezidentliyə namizəddirlər.