Yunanıstan məhkəməsi Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra bu ölkəyə qaçmış 3 hərbçinin aqibəti ilə bağlı qərar verib.

Unikal.org "Hürriyetə istinadən verdiyi xəbərə görə, məhkəmə bu hərbçilərin Türkiyəyə ekstradisiya edilməməsi barədə qərar qəbul edib. Digər 5 nəfərlə bağlı qərar daha sonra veriləcək.

Xatırladaq ki, hərbi çevriliş cəhdindən sonra 8 hərbçi "Sikorsky helikopteri ilə Yunanıstana qaçıb.