Prezident İlham Əliyev Finlandiya prezidenti Sauli Niinistöyə məktub yazıb

Unikal.org xəbər verir ki, sənəddə deyilir:

"Finlandiya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Finlandiya xalqına daim sülh və firavanlıq diləyirəm".