İtaliyalı rejissor Bernardo Bertoluççi hər kəsi şoka salacaq etiraf edib.
Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, o, bildirib ki, "Parisdə son Tanqo" (Last Tango in Paris) filmində yer alan təcavüz səhnəsində oynayan aktrisa Mariya Şnayderin zorlanma səhnəsindən xəbəri olmayıb.
Yəni Mariyaya qabaqcadan bu cür səhnəyə çəkiləcəyi barədə məlumat verilməyib.
Bertoluççi bunu belə əsəslandırıb ki, aktrisanın baş verənlərə bir qadın olaraq reaksiyasını lentə almaq istəyib.
"Onun bir qız olaraq baş verənlərə təbii reaksiya verməsini istədim. Məncə, buna görə hələ də mənə nifrət edir", - deyə Bernardo söyləyib.
Rejissor Şnayderə zorlama səhnəsi barədə qabaqcadan xəbər verməməklə səhv etdiyini, lakin peşman olmadığını bildirib.