Rusiya-Türkiyə arasında yerli valyuta ilə ticarət etmək məsələsi gündəmdə deyil. Lakin bunun həyata keçirilməsi üçün hər hansı maneə də yoxdur.

Unikal.org xəbər verir ki, bunu Rusiya hökumətindən anonim mənbə deyib.

Adı açıqlanmayan şəxs qeyd edib ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın "yerli ödəmə sistemi ilə bağlı etdiyi təklifin dəyərləndirilməsi mümkündür:

"Beynəlxalq ticarət qaydaları bunu qadağan etmir. İqtisadi cəhətdən tam uyğundur. Faktiki olaraq qarşımızda heç bir maneə yoxdur.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseridə çıxışı zamanı "yerli ödəmə sistemi və dollardan imtina ilə bağlı bunları demişdi:

"Rusiya, Çin və İranla müzakirələr apardıq. Milli valyutalarla alış-veriş etməyi təklif etdik. Rusiya ilə rubl, Çinlə yuan, İranla isə rial vasitəsilə ticarət edəcəyik. Bir tələ qurulub. Bu tələdən yayınmalıyıq.