Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun baş müşaviri Fatih Gürsul saxlanılıb.
Unikal.org-un "Hürriyetə istinadən verdiyi xəbərə görə, F. Gürsul İstanbul Cümhuriyyət Baş Prokurorluğunun təlimatı əsasında Ankarada saxlanılıb və evində axtarış aparılıb.
F. Gürsul "Fətullahçı Terror Təşkilatı (FETÖ) üzvü olmaqda ittiham edilir. Onun fətullahçıların internetdə gizli yazışmalar məqsədilə istifadə etdiyi "ByLock proqramının istifadəçisi olduğu bildirilir.