Pakistanda qəzaya uğrayan sərnişin təyyarəsinin video görüntüləri yayılıb.
 
Unikal.org xəbər verir ki, Daily Pakistan İnformasiya Agentliyi videonu yayıb. Görüntülər sosial şəbəkələrdə də yayılıb.
 
Qeyd edək ki, Pakistan hava yollarına məxsus sərnişin təyyarəsi Xavelian şəhəri yaxınlığında, Abbottobad rayonunda qəzaya uğrayıb. Qəzadan sonra hadisə yerində hələlik həlak olanlardan 21 nəfərin cəsədinin kimliyi məlum olub.
 
RK-116 reysi ilə uçan təyyarədə 42 sərnişin, 5 uçuş ekipajının olduğu bildirilir. Təyyarə Çitral şəhərindən İslamabada uçuş reysi həyata keçirirmiş.