İtaliyanın prezidenti Sergio Matarella baş nazir Matteo Renzinin istefasını qəbul edib.
Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Matteo Renzi dekabrın 5-də istefa verəcəyini bəyan edib.
M. Renzi İtaliya konstitusiyasına dəyişikliklərə dair referendumun yekunları ilə əlaqədar istefa verib. Ölkə vətəndaşları səs çoxluğu ilə baş nazirin təkliflərinin əleyhinə səs verib. Təkliflər, ilk növbədə, dövlət hakimiyyət orqanları sistemində Senatın rol və funksiyasının dəyişilməsini nəzərdə tuturdu. Referendumda səsvermə hüququna malik İtaliya vətəndaşlarının 68 faizi iştirak edib.
Yaxın müddətdə İtaliya prezidenti siyasi böhrandan çıxış yollarını müzakirə etmək üçün parlament və siyasi partiyaların rəhbərləri ilə görüşəcək.