Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə nazirlikdə daha bir şöbə müdirini vəzifəsindən azad edib.
Unikal.org-a
daxil olan məlumata görə, nazir bu gün imzaladığı əmrlə (RİTN) Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin müdiri Mir Heydər
İsmayılovu tutduğu vəzifəsindən azad edib.
Qeyd edək ki, Mir Heydər İsmayılov 1991-ci ilin noyabr ayının 20-də helikopter qəzasında həyatını itirmiş Azərbaycan Respublikasının Dövlət Katibi Tofiq İsmayılovun oğludur.