"Dağlıq Qarabağ münaqişəsi Ermənistana xeyir gətirməyib. Bu gün ermənilər Ermənistanı tərk edərək başqa ölkələrə gedirlər".
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, bunu Moskvada Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş dəyirmi masada çıxış edən Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bildirib.
Rusiyalı deputat heç kimin müharibə istəmədiyini vurğulayıb: "Heç kəs müharibə, qan tökmək istəmir. Lakin bu münaqişə həll olunmalıdır. Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu problemin həllində öz vasitəçilik səylərini gücləndirməlidir. Mən öz həmkarlarımı bu münaqişənin həllinə səy göstərməyə çağırıram".