Azərbaycan bankları sökülməsi planlaşdırılan və ipoteka üzrə girovda olan evlərin taleyindən narahat olmağa başlayıb. 

Unikal.org xəbər verir ki, bu məsələ Azərbaycan Banklar Assosiasiyasının (AB) İpoteka krediti proqramının inkişafı üzrə Ekspert Qrupunun bu günlərdə keçirilmiş iclasında əsas müzakirə obyekti olub.
İclasda qrup üzvlərindən əlavə "Azərbaycan İpoteka Fondu ASC-nin digər müvəkkil banklarının nümayəndələri də iştirak ediblər. Tədbirdə ipoteka kreditləşməsi zamanı bankların və müştərilərin qarşılaşdıqları problemlər haqqında müzakirələr aparılıb. Sökülməsi planlaşdırılan və ipoteka üzrə girovda olan evlərin taleyi ilə əlaqədar təkliflər səsləndirilib və əlaqədar qurumlara bu haqda müraciət ünvanlanmasına qərar verilib.