Həyat yoldaşı onunla sevişmək istəmədiyi üçün üsyan edən kişi cinsi orqanını kəsib.
Unikal.org xəbər verir ki, qəribə hadisə Hindistanın Uttar Pradeş əyalətinin kəndində baş verib. Ghasi Ram adlı kişi evə sərxoş gələrək arvadı Manjhri Devi ilə cinsi əlaqəyə girmək istədiyini söyləyib. Arvadı təklifə mənfi cavab verdikdən sonra üç uşaq atası hirslənərək mətbəxdən götürdüyü bıçaqla cinsi orqanını kəsib. Ərinin qan içində yerə yıxılmasına şahid olan qadın qışqıraraq qonşularından kömək istəyib. Qonşular dərhal təcili tibbi yardım çağırıb.
İlk tibbi müdaxilədən sonra Ghasi Ram hərəkətini bununla izah edib:
"Arvadımla illərdir ki, cinsi əlaqədə olmamışıq. Yanımda oturmur və tələblərimi rədd edir".
Bu iddiaları cəfəngiyat adlandıran Manjhri ərinin hər gecə sərxoş gəldiyini deyib:
"Heç vaxt məni dinləmir və mənə maraq göstərməzdi. Sərxoş olduğu üçün ona yox dedim. Heç bir şey etmədiyim halda indi hər şeydə məni günahlandırır. O ağlını itirib".publika.az