Bu hoteldə yataqlar belə buzdandır. İsveçdə qeyri-adi hotel hazırlanıb.

Unikal.org xəbər verir ki, buzdan saray görüntüsü ilə görənləri heyrətə salır. Tamamilə buzdan hazırlanan bu hotel lüks detalları ilə də diqqət çəkir.

"IceHotel365in içərisində hər şey təmiz buzdan hazırlanıb; yataqlar belə. Yataq dəstləri isə təmiz maral dərisindən termik məhsullardandır. Hər biri sənət əsəri olan buzdan oyma heykəllər və divarları otelin əsas diqqət cəlb edən hissələridir. Hoteldə nikah mərasimlərinin keçirilməsi üçün hətta kilsə də var.

Şimal Qütb dairəsindən 200 km şimaldadır.

Hoteldəki əşyaların əriməsinin qarşısını almaq üçün temperatur müntəzəm olaraq eyni səviyyədə -5 dərəcədə saxlanılır.