Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org baku.ws-ə istinadən xəbər verir ki, dəhşətli qəza yolun kənarındakı bank şöbəsinin təhlükəsizlik kamerasına düşüb.
Rayon mərkəzi xəstəxanasının qarşısındakı yolda 99 BX 935 markalı "Lada VAZ-21015" markalı avtomobil qaranlıqda geri dönən "Mercedes Benz" markalı avtomobilə çırpılıb.
Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.