Nigeriyada narkotik alverçiləri edam ediləcək.
"Unikal" xəbər verir ki, Nigeriya Senatı narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinənlərə edam cəzası tətbiq edən qanun layihəsini qəbul edib.
Borno əyalətinin senatoru Tahir Monquno, Nigeriya Narkotiklərlə Mübarizə Agentliyinin (NDLEA) narkotiklərlə mübarizə səylərini dəstəkləmək üçün kokain, heroin və digər narkotik vasitələrin qaçaqmalçılığı və satışı ilə məşğul olanlara ölüm cəzası tətbiq edən qanun layihəsini Senata təqdim edib.
Senatda qəbul edilən qanun layihəsi prezident Bola Əhməd Tinubu tərəfindən təsdiqləndiyi təqdirdə qanuna çevriləcək.
Zərifə Nağıyeva