ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçkiqabağı kampaniyanın keçirilməsi üçün öz cibindən ümumilikdə təxminən 66 milyon dollar xərcləyib.
Bu haqda məlumatı "Röyter agentliyi maliyyə sənədlərinə istinadən verir.
Tramp özü bu kampaniyaya 100 milyon dollar xərcləmək niyyətində olduğunu dəfələrlə ictimaiyyətə açıqlayıb.
Agentliyin məlumatına görə, Tramp kampaniyaya 339 milyon dollar cəlb edə bilib, onun ümumi xərci isə 322 milyon təşkil edib.
Ümumilikdə o, reklam, eləcə də televiziya üçün təxminən 192 milyon dollar xərcləyib ki, bunun da 85 milyon dollarını isə internet-reklamları təşkil edib.
Donald Tramp noyabrın 8-də ABŞ-da keçirilmiş prezident seçkilərində qalib gəlib. O, yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonra vəzifəsinin icrasına başlayacaq.