Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev E.S.Ulkinanın 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Elvira Sergeyevna Ulkina 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin".


****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev M.M.Çaybasarskinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Məcid Mayis oğlu Çaybasarski "Tərəqqi" medalı ilə təltif edilsin".