Cəlilabad rayonunda idarə rəisi işdən çıxarılıb.

Unikal.org "Reporta istinadən xəbər verir ki, Cəlilabad rayon Suvarma Sistemləri İdarəsinin rəisi Mirdamət Vədud oğlu Məmmədov tutduğu vəzifədən azad edilib.

Onun yerinə rayonun Uzuntəpə kənd ərazi vahidliyinin nümayəndəsi Mirhəsən Nəsirov təyin olunub.