Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Unikal.org-un məlumatına görə, əsasnamənin 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilir:

- səkkizinci abzasa "vəsiqəsinin sözündən sonra "və ya qaçqın statusu almış şəxslərə verilən qaçqın vəsiqəsinin sözləri əlavə edilir;

- doqquzuncu abzas aşağıdakı redaksiyada verilir:

"pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (həmin sənədlərə malik olmayan qaçqın statusu almış şəxslər istisna olmaqla).