"Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına baxılması üçün daxil olan 400 müraciətin 200-ə qədərinə müsbət cavab verilib".
Unikal.org xəbər verir ki, bu barədə azvision.az-a komissiyanın üzvü Rəşad Məcid deyib.
R.Məcid Novruz bayramı ilə əlaqədar yaxın günlərdə əfv sərəncamının veriləcəyini istisna etməyib.
Xatırladaq ki, ötən gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib və hazırlanan siyahı ölkə başçısına təqdim edilib.