Türkiyənin Hakkari rayonunda terrorçuluğa qarşı aparılan əməliyyatlar zamanı 31 nəfər saxlanılıb, onlardan 8-i həbs olunub.
Unikal.org-un "Mlliyetə istinadən verdiyi məlumata görə, Hakkari valiliyinin yaydığı açıqlamada qeyd olunur ki, həbs olunanlar arasında Yüksekova, Şemdinli və Çukurca vilayətlərinin bələdiyyə sədrləri də var.
Saxlanılan şəxslərdən 15-i sərbəst buraxılsa da, 7 nəfərlə bağlı təhqiqat işləri davam etdirilir.