Türkiyədə referendum 2017-ci ilin yazında keçirilə bilər.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin baş nazirinin müavini Nurəddin Canikli bildirib.
Onun sözlərinə görə, Türkiyənin iqtidar partiyası parlamentə ölkənin yeni konstitusiya layihəsini dekabrın 9-da çıxaracaq.
Canikli, həmçinin 2019-cu ilə qədər təcili prezident və parlament seçkilərinin keçirilməsini istisna edib.
Daha öncə Türkiyənin baş naziri Binəli Yıldırım Türkiyənin 2017-ci ilin yayında konstitusiyaya dəyişikliklər üzrə referendumun keçiriləcəyini bəyan etmişdi.