"Facebook CEO-su Mark Zuckerberg, şirkət üstündəki idarəetməni itirmədən öz səhmlərini satmağın yollarını axtarır.
O, bunu ABŞ hökümətində vacib yer tutmaq üçün edir. Bu barədə nüfuzlu Bloomberg portalı məqalə hazırlayıb. Portal bildirib ki, o, Mark Zuckerberg ilə şirkətin direktorlar şurasının üzvü Marc Andreessen arasındakı ismarıcı ələ keçirdib.
Unikal.org-un məlumatına görə, Mark Zuckerberg, səhmləri 3 növə bölməyi təklif edib. Onlardan biri, sahibə səsvermə hüququ verəcək, digər ikisi isə verməyəcək. Direktorlar şurasının üzvləri hesab ediblər ki, beləliklə Mark, şirkətdəki nüfuzunu artırmaq istəyir. Məhz bu səbəbdən onlar Markı məhkəməyə veriblər.
İttihamda qeyd olunub ki, guya Marc Andreessen, "Facebook CEO-na daxili məlumatlar bildirərək komitetin digər üzlərinə təzyiq göstərməkdə Mark-a köməklik edib. Zuckerberg-in özü isə bildirib ki, səhmlərin yeni növləri, şirkət üzərində idarəetməni itirmədən özünün Chan-Zuckerberg Initiative adlı xeyriyyə fondunun dəstəklənməsi üçün vəsaitlərin toplanması baxımından lazımdır. Bununla belə jurnalistlərin aldıqları məlumata əsasən Mark Zuckerberg ilə Marc Andreessen arasında olmuş söhbətdə ikinci tərəf Mark-a bildirib ki, əgər o hökümətdə yer tutsa onda "Facebookla vidalaşmalı olacaq.