Belçikalı alimlər Günəşin analoqunu müşahidə edəndən sonra maraqlı qənaətə gəliblər.

Unikal.org-un məlumatına görə, alimlər öyrəniblər ki, 5 milyard ildən sonra Günəş, Yer kürəsini məhv edəcək. Alimlər Günəşin yaxın analoqu olan L2 Puppis adlı ulduzu müşahidə ediblər. Hal-hazırda həmin ulduz, qırmızı nəhəng adlı inkişaf formasındadır və onun 10 milyard il yaşı var. 500 milyon ildən sonra L2 Puppis, ağ cırtdan obyektə çevrilərək öz hidrogen ehtiyyatını tükədəcək və varlığına son qoyacaq. Çox güman ki, bizim Günəşi də bu cür aqibət gözləyir. Hal-hazırda Günəş, sarı cırtdan adlı inkişaf mərhələsindədir.

Ümumilikdə 4 inkişaf mərhələsi vardır. Sarı cırtdan, subnəhəng, qırmızı nəhəng və ağ cırtdan. Əgər inkişaf mərhələsi dəyişməsə onda 5 milyard il sonra Günəş, qırmızı nəhəng inkişaf mərhələsinə çatacaq. Beləliklə onun kütləsi 100 dəfə böyüyəcək. Günəşin son inkişaf mərhələsindən sonra Yer kürəsindəki bütün canlılar məhv olacaqlar. Ola bilər ki, plkanetin özü salamat qalsın.