Kanadanın Kalqari şəhərində zooporkda yeddi pinqvin batıb.

Unikal.org  xəbər verir ki, bu barədə "Calgary Herald yerli portalı məlumat yayıb.

Pinqvinlərin cəsədləri zooparkın əməkdaşları aşkar ediblər. Araşdırma zamanı onların suda boğularaq öldüyü müəyyən edilib.

"Çox güman ki, pinqvinlərin qorxmasına hansısa stress-faktor səbəb olub, amma onların nədən qorxduqları məlum deyil, - zooparkın direktoru Ceymi Dorqan bildirib.

Ölən pinqvinlər müxtəlif yaşda olub. Belə ki, ən kiçiyi səkkiz aylıq, ən böyüyünün isə yeddi yaşı olub. Onların hamısı sağlam idi. Ölüm səbəbi administrasiya tərəfindən araşdırılır.