Bolqarıstanın Xitrino vilayətinin Şumensk yaşayış məntəqəsində içəriində propan-butan 26 çəni daşıyan ticarət qatarı relsdən çıxıb, bir neçə çənin partlaması nəticəsində ən azı 20 adam xəsarət alıb.

Unikal.org xəbər verir ki, bu barədə RİA "Novosti məlumat yayıb.

"Ən azı dörd nəfər ölüb, 20 nəfərdən çox adam xəsarət alıb, - yanğın söndürən briqadasının rəhbəri Nikolay Nikolayev bildirib.

Hadisə nəticəsində bir neçə tikili dağılıb, 12 nəfər dağıntılar altından xilas edilib.

Bütün xəsarət alanlar xəstəxanaya çatdırılıb, hadisə yerinə yanğınsöndürənlər və həkimlər cəlb olunub.