"CinemaPlus 28 Mall premium kinoteatrında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü münasibətilə "Tale qısametrajlı sənədli filminin nümayişi keçiriləcək.

Unikal.org xəbər verir ki, bu, Vaqif Mustafayevin dahi lider haqqında çəkdiyi beşinci filmdir.

Filmdə 1985-1993-cü illərdə prezidentin həyatında baş vermiş hadisələr əks olunur. Heydər Əliyev özü həyatının bu çətin illəri haqqında danışır.

Film dekabr ayının 12-də saat 11:00-da nümayiş olunacaq. Giriş sərbəstdir.oxu.az