Unikal.org kivinin faydaları haqqında məlumat verir:

1. Kivi bədəni toksiki maddələrdən təmizləyir, xolestrolu azaldır, immun sistemini gücləndirir.

2. Bu meyvə tənəffüs yolu xəstəlikləri olanlar, xüsusilə astma və xroniki öskürəkən əziyyət çəkənlər üçün. üçün ən təbii dərmandır.

3. Ürək xəstəlikləri riskini azaldır.

4. Diqqəti toplamağa kömək edir.

5. Qəbizlik, həzmsizlik problemlərini aradan qaldırır.

6. Təzyiqi aşağı salır.

7. Yaşlılıqla bağlı görmədə yaranan çətiniklərlə mübarizə aparır.

Şəkər xəstələri bu meyvəni rahatlıqla yeyə bilərlər.

Bu meyvədən gözəllik üçün də istifadə olunur. Məsələn, kividən olan maskalar dəridəki qırışları azaldır, elastikliyi artırır, dərini daha təravətli və işıqlı edir.

Kivinin tərkibindəki bütün minerallarını və vitaminlərini qorumaq üçün onu bütöv şəkildə yumurta kimi yemək məsləhətdir. Hamıya bəllidir ki, dilimlənmiş meyvələr vitamin itkisinə yol açır.