Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar dekabrın 10-da YAP-ın nümayəndələri Fəxri xiyabana gələrək Ümummilli Liderin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Unikal.org xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Tarixin yetirdiyi nadir şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin qovuşuğunda Azərbaycan öz milli mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyub. Onun yaratdığı Yeni Azərbaycan Partiyası bu gün ölkənin aparıcı siyasi qüvvəsi olaraq respublikamızda YAP-ın sədri, prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən nəhəng quruculuq proseslərinin önündə gedir.