"Azərbaycanı gözü götürməyən qüvvələr var. Bu qüvvələr dindən istifadə edib dinə qarşı gedənlərdi.

Unikal.org apa-ya istinadən xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

"İslam dini sülh dini ola-ola din pərdəsi altında terror hadisəsi törətmək heç bir şeyə sığmır. Necə ki, sərhədçinin işi sərhədi qorumaqdır, bizim də işimiz belə qüvvələrə qarşı mübarizə aparmaqdır. Xüsusən təbliğat işi aparıb gənclərimizi Vətəni, İslamı qorumağa sövq etməliyik. Bəzi adamlar gözləyir ki, fətva verilsin. Hamı öz boynuna düşəni qərar olmadan etməlidir, -deyə QMİ sədri qeyd edib.
heyder eliyevin anim gunu ile bagli qmi de tedbir kecirilib
Qeyd edək ki, bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkilləri, Azərbaycandakı dini konfessiyaların nümayəndələri iştirak edib.
QMİ sədri Heydər Əliyevin Azərbaycan üçün xidmətlərindən danışıb: "90-cı illərin əvvəllərində Azərbaycan dövlətçiliyi məhv olmaq ərəfəsində idi. Heydər Əliyev Allah və xalqın köməyi ilə daxili düşmənləri neytrallaşdırdı, Azərbaycan dövlətini böyük bəlalardan xilas etdi. Bu gün biz regionda lider dövlətik. Bu gün müəyyən çətinliklər də var. Amma bu çətinlikləri dəf etmək olar.
Tədbirdə sənədli film nümayiş olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, Heydər Əliyev ən mürəkkəb vaxtlarda müqəddəs məkanları ziyarət edib: "Heydər Əliyev islam aləminə sadiq bir insan olub. Onun islami dəyərlərə necə böyük önəm verdiyini görmüşük. Heydər Əliyev həmişə bizə mənəvi dəyərləri qorumağı tövsiyə edib".
Tədbir çıxışlarla davam etdirilib.
Anım mərasimində Heydər Əliyevin və şəhidlərin ruhuna dualar oxunub.