Fevralın 9-da Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 5 dövlət orqanında 92 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqə üzrə namizədlərin qeydə alınması martın 9-da başa çatıb.
Unikal.org-un məlumatına görə, bu barədə Komissiyadan bildirilib.
Məlumata görə, müsabiqə üzrə 2687 namizəd qeydiyyatdan keçib.
Qeydiyyatdan keçən namizədlərin 92.18%-i Dövlət Statistika Komitəsi üzrə olub.
Vakant vəzifə üzrə ən böyük müsabiqə vəziyyəti (1 vakant vəzifə üzrə qeydə alınan namizədlərin sayı) Dövlət Statistika Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin Məlumatların beynəlxalq mübadiləsi sektorunda olan aparıcı məsləhətçi vəzifəsi üzrə (158 namizəd) olub.
Bundan başqa, Energetika və ətraf mühit statistikası şöbəsinin Ətraf mühit statistikası sektorunda olan aparıcı məsləhətçi vəzifəsi üzrə (143 namizəd), Energetika və ətraf mühit statistikası şöbəsinin Energetika statistikası sektorunda olan aparıcı məsləhətçi vəzifəsi üzrə (139 namizəd) və Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin İqtisadi balanslar sektorunda olan aparıcı məsləhətçi vəzifəsi üzrə (111 namizəd) olub.