Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Keniya Respublikasının prezidenti Uhuru Kenyattaya təbrik məktubu ünvanlayıb.
Unikal.org xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab prezident,
Keniya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Keniya xalqına əmin-amanlıq və rifah diləyirəm".