Yəmənin Ədən şəhərindəki hərbi düşərgənin yaxınlığında terror hücumu nəticəsində azı 40 nəfər həlak olub, 70 nəfər yaralanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, terrorçu-kamikadze maaş almaq üçün növbəyə dayanmış hərbçilərin yanında özünü partladıb. Terror aktına görə, məsuliyyəti hələlik heç bir terror qruplaşması üzərinə götürməyib.
Qeyd edək ki, Yəməndə hökumət qoşunları ilə husi qiyamçıları arasında silahlı münaqişə 2014-cü ildən davam edir. Ölkənin cənubunda fəaliyyət göstərən İŞİD və əl-Qaidə terror qruplaşmaları hərbiçilərə müntəzəm hücumlar edirlər.