Bolqarıstanın Hitrino kəndinin tam evakuasiya elan edilib.
Unikal.org "RİA Novostiyə istinadən xəbər verir ki, kənd əhalisinin təxliyəsi ilə bağlı qərar dəmir yol stansiyasında baş verən qəzadan sonra verilib.
İnsident şənbə günü baş verib. Qatarın 26 sisternindən 23-ü maye qazla dolu olub, nəticədə onlardan bəziləri partlayıb. Beş nəfər partlayışın qurbanı olub. Ölənlərin sayının artacağı gözlənilir. Yaralıların sayı isə 29 nəfər çatıb. Ən azı 50 ev dağılıb.
"Nova TV kanalının məlumatına görə, kənddən təxminən 700 nəfər evakuasiya olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları təxliyyə olunan insanların evlərini qorunmasını həyata keçirəcək.