Türkiyə konstitusiyasına prezident idarəçiliyi üsuluna keçid müddəasıda olmaqla dəyişikliklər paketi müzakirə olunması üçün Böyük Millət Məclisinə təqdim edilib.
Unikal.org-un xəbərinə görə, qanun layihəsi dəyişikliklərin təşəbbüskarı olan hakim Ədalət və İnkişaf Partiyası fraksiyası tərəfindən təqdim edilib.
Layihə, həmçinin, prezidentə partiya üzvlüyünü saxlanılmasını, qanunverici və icra səlahiyyətlərinin genişləndirilməsini, habelə Nazirlər Kabinetini formalaşdırmaq hüququnun verilməsini nəzərdə tutur.
Dəyişikliklər, həmçinin, millət vəkillərinin sayını 550-dən 600-dək artırılmasını və namizədlərin minimal yaş həddinin 18 yaşadək endirilməsini nəzərdə tutur.
Layihə parlament tərəfindən qəbul edildiyi təqdirdə ümummilli səsverməyə çıxarılacaq. Dəyişikliklər paketinin dəstəklənəcəyi halda referendumun 2017-ci ilin yazında keçirilməsi mümkündür.
Dəyişikliklər referendum zamanı dəstəklənərsə, təkliflərin bir qismi səsvermədən dərhal sonra qüvvəyə minəcək. Prezident idarəetmə sisteminə keçidi nəzərdə tutan müddəanın isə yalnız 2019-cu ildə - növbəti prezident seçkilərindən sonra qüvvəyə minməsi mümkündür.