İnternet şəbəkədə Kim Çen Inın nüvə başlığının maketinin yanında çəkdirdiyi şəkillər yayılıb. Unikal.org oxu.az-a istinadən xəbər verir ki, bu barədə "BuzzFeed" məlumat yayıb. Məlumata görə, bu, Şimali və Cənubi Koreya arasında sonuncunun ABŞ ilə müştərək təlimləri ilə əlaqədar vəziyyət kəskinləşdikdən sonra baş verib. KCNA - Şimali Koreya xəbər agentliyinin məlumatına görə, şəkildə "qarışıq tərkibli miniatür nüvə başlığı" təsvir edilib.Bu başlığın təyinatı uzaq məsafəli ballistik raketlərə quraşdırılmaqdır. Söhbətin yerli istehsalatdan getməsinə baxmayaraq, ekspertlər Şimali Koreyada bu qəbildən olan texnologiyaların mövcudluğuna şübhə edirlər. Onlar şəkillərin qorxutmaq üçün kələk ola biləcəyini hesab edirlər.