Türkiyənin Bolu şəhərində dəhşətli cinayət baş verib.
Unikal.org xəbər verir ki, 18 yaşlı Cihat Keci keçmiş sevgilisi Berfin Yıldızı amansızcasına qətlə yetirib. Hadisə bu gün səhər saatlarında baş verib.
Cihat keçmiş sevgilisinin evinə gedib. Evin qapısını döymədən gizlincə onları güdüb. Bu vaxt Berfinin başqa oğlanla evdə olduğunu görüb və əsəblərinə hakim ola bilməyib. O, evin damından içəri girib, üzərində götürdüyü tapança ilə atəş açaraq evdəki oğlanı vurub. Daha sonra Berfini meşəyə aparıb. Orada onunla cinsi əlaqəyə girmək istəyib. Qız razı olmadıqda onu güllələyib.
Daha sonra polisi çağırıb və təslim olub.