Türkiyənin İstanbul şəhərində güclü partlayış baş verib.
Unikal.org xəbər verir ki, bu barədə "Milliyyet" xəbər verib.
Məlumata görə, "Lig TV"nin müxbiri canlı yayımda bir avtomobilin yandığını, silah səsləri eşidildiyini bildirib. Hadisənin hadisə Beşiktaş rayonunda, Maçka parkı yaxınlığında baş verdiyi bildirilir.
Partlayışdan sonra ərazidə güclü yanğın başlayıb.Türkiyənin digər mətbu orqanları isə hadisə yerinə çoxlu saydapolis və təcili yardım maşınlarının cəlb edildiyini xəbər veriblər. İlkin xəbərdə hadisənin terror aktı olduğu ehtimal edilir.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu hadisə zamanı 20 nəfərin yaralandığını bildirib. "İyirmiyə yaxın yaralımız var. Şəhid barəsində hər hansı məlumatımız yoxdur. İnşallah şəhidlərin olmayacağına ümid edirik. Yaralananlar polisdir" - deyə nazir bildirib.
Yaralılar xəstəxanalara yerləşdirilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. Qeyd edək ki, Türkiyənin Radia və Televiziya Baş İdarəsi partlayışın baş verdiyi ərazidən canlı yayımı qadağan edib.