Bu gündən Türkiyədə mobil telefonlara kommersiya xarakterli SMS-lərin göndərilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minəcək.
Unikal.org türk mətbuatına istinadən xəbər verir. Yeni qaydalara əsasən, şirkətlər mobil telefon istifadəçilərinə reklam SMS-lərini birbaşa göndərə bilməyəcəklər. Onlar ilk növbədə SMS yolu ilə mobil nörmə sahibindən razılıq almalıdır.
Əgər icazə SMS-nə müsbət cavab verilərsə, bundan sonra hansısa məhsulun və yaxud xidmətin reklamını özündə əks etdirən SMS-lər mobil telefonlara göndərilə bilər. Qaydalara əməl etməyən şirkətlər azı 5 min türk lirəsi (təxminən 2,5 min manat) cərimə ödəyəcəklər.